Azərbaycanda koronavirus infeksiyasına 84 yeni yoluxma faktı qeydə alınıb
2020-08-11 18:06
Azərbaycanda koronavirus infeksiyasına 84 yeni yoluxma faktı qeydə alınıb, 214 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib. Hal-hazırda ölkəmizdə 2 380 nəfər aktiv koronavirus xəstəsi var. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 318 test aparılıb.
Nərgiz Camal