Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3962 yeni yoluxma faktı qeydə alınıb
2020-12-18 18:04
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3962 yeni yoluxma faktı qeydə alınıb, 4188 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 45 nəfər vəfat edib.
Nərgiz Camal