Azərbaycanda kişi və qadınların pensiya yaşı bərabərləşib
Bu gündən Azərbaycanda qadınların pensiya yaşı 65 yaşa çatdırılaraq kişilərlə bərabərləşdirilib. Bu, "Əmək pensiyaları haqqında" qanuna uyğun olaraq 2017-ci ildən mərhələli şəkildə həyata keçirilən artım prosesinin başa çatması deməkdir. Kişilər üçün pensiya yaşı isə 2021-ci ildən 65 yaş müəyyən edilib. Qanuna əsasən, pensiya yaşına çatan şəxslər kifayət qədər pensiya kapitalına malik olduqda sığorta stajından asılı olmayaraq, bu təmin edilmədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası almaq hüququ qazanırlar.
01 iyul 2026

