Azərbaycanda keçiriləvək ilk dünya çempionatı və festivalla əlaqədar viza proseduru sadələşdirilir
FIFA U-15 Dünya Çempionatı ilə əlaqədar Azərbaycana gələnlər üçün viza proseduru sadələşdirilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.Sərəncama əsasən, Azərbaycanda keçiriləcək 15 yaşınadək oğlanlar arasında ilk dünya çempionatı və festivalı ilə əlaqədar ölkəyə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər sentyabrın 22-dən noyabrın 5-dək beynəlxalq hava limanlarında viza ala biləcəklər.
21 sentyabr 2026

