Canlı
Azərbaycanda istehsal olunacaq dərmanların ixrac bazarları müəyyənləşdirilib

2018-05-16 / 10:21

Azərbaycanda istehsal olunacaq əczaçılıq məhsullarının “Made in Azerbaijan” brendi altında Türkiyə, İran, Ukrayna, Gürcüstan və MDB ölkələrinə ixrac olunması planlaşdırılır. Rusiya və İranla birgə yaradılacaq zavodlarda ağrıkəsici, ürək-damar xəstəlikləri, qeyri-steroid iltihab əleyhinə vasitə, anti-histamin kateqoriyalı dərman vasitələri, həmçinin vitaminlər və qida əlavələri, “Diamed Co” MMC tərəfindən yaradılan zavodda isə birdəfəlik şprislər istehsal ediləcək.

Vəfa Şairova