Azərbaycanda ilk dəfə hamilə qadın üzərində nadir əməliyyat aparılıb
Azərbaycanda ilk dəfə 19 həftəlik hamilə qadının üzərində nadir və mürəkkəb uroloji əməliyyat uğurla həyata keçirilib.Əməliyyat Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında aparılıb. 20 yaşlı qadının sağ böyrəküstü vəzisində 8 santimetrlik törəmə aşkarlanıb. Bu törəmə arterial təzyiqin kəskin yüksəlməsinə səbəb olub və həm ananın, həm də körpənin həyatı üçün təhlükə yaradıb. Oktyabrın 19-da professor Rauf Nağıyevin icra etdiyi əməliyyat laparoskopik üsulla həyata keçirilib.Əməliyyatdan iki gün sonra xəstə evə buraxılıb. Hazırda həm ananın, həm də bətnindəki körpənin vəziyyəti yaxşıdır.
23 oktyabr 2026

