Azərbaycanda ilin ilk beynəlxalq yarışı start götürür
2021-02-12 10:12
Bu gün Bakıda batut gimnastikası üzrə dünya kuboku yarışına start verəcək. Milli Gimnastika Arenasında keçiriləcək yarışda 14 ölkədən 63 idmançının iştirakı gözlənilir. Dünya kuboku yarışına qatılmaq məqsədilə ölkəmizə səfər edən batutçular iki gün ərzində Beynəlxalq Gimnastika Federasiyasının yeni qaydaları əsasında mübarizə aparacaqlar. Yarışların ilk günü təsnifat mərhələsi, ikinci günü isə kişilər arasında ikinci təsnifat və final mərhələləri keçiriləcək.
Vüsalə camal