Azərbaycanda Gənclər Günü qeyd olunur
Prezident İlham Əliyev 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə paylaşım edib. “Bizim gənclər artıq Müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər”, - deyə paylaşımda qeyd olunub.
Birinci vitse-prezident Mehriban Əliyeva da Azərbaycan gənclərini təbrik edib. "Hər bir Azərbaycan gəncinə möhkəm cansağlığı, tükənməz enerji, firavanlıq, uğurlar diləyirəm", - deyə paylaşımında vurğulanıb.
2 fevral Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə 1997-ci ildə Ulu Öndər Heydər Əliyevin fərmanı ilə Azərbaycanda qeyd olunub.
Vüsalə Cənnətova