Azərbaycanda güclü zəlzələ baş verib
Xəzər dənizində zəlzələ olub. Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, bu gün saat 08:16-da Xəzər dənizində zəlzələ qeydə alınıb. Yeraltı təkanlar 5,6 maqnitudada baş verib, zəlzələ ocağı 68 km dərinlikdə yerləşib. Hazırda zəif afterşoklar qeydə alınır. Zəlzələ Bakıda və bir sıra şəhərlərdə hiss olunub. Zəlzələ nəticəsində hər hansı dağıntı və ya xəsarət barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb. TƏBİB-dən bildirilib ki, zəlzələ ilə bağlı təcili tibbi yardıma heç bir müraciət edilməyib. Zəlzələ ilə əlaqədar polis gücləndirilmiş iş rejiminə keçib.
Azad Mustafayev