Azərbaycanda futbol mövsümü başa çatdı
2020-06-18 14:08
AFFA Premyer Liqa və Azərbaycan kubokunda mövsümü yarımçıq başa çatdırmağa qərar verib. Çempionatda 20 turdan sonra yaranan turnir cədvəli yekun kimi qəbul olunub. Son 8 turu oynanılmayan Premyer Liqada “Qarabağ” çempion elan edilib. “Neftçi” gümüş, “Keşlə” bürünc medalçı hesab olunub. Sonuncu iki komanda Avropa Liqasında, ağdamlılar isə Çempionlar Liqasında oynamaq hüququ qazanıb.
Nərgiz Camal