Azərbaycanda fövqəladə vəziyyət də elan oluna bilər
2020-03-19 16:00
"Bu il koronavirusa görə kütləvi tədbirlərin keçirilməsi mümkün deyil. Əminəm ki, Azərbaycan xalqı bu vəziyyəti yaxşı anlayır. Azərbaycan dövləti tərəfindən görülən bütün tədbirlər xalqın sağlamlığını, ölkəmizin təhlükəsizliyini təmin etmək üçündür. Ona görə xahiş edirəm ki, hər bir vətəndaş öz məsuliyyətini dərk etsin və yaşlı nəslin nümayəndələrinə xüsusi diqqət göstərilməlidir". Bu sözləri prezident İlham Əliyev Novruz bayramı münasibəti ilə xalqı təbrikində deyib. Dövlət başçısı Pandemiya halı alan xəstəliklə mübarizəyə Prezidentin ehtiyat fondundan əlavə 20 milyon manat ayrıldığını, “Hər kəs bunu bilsin və istisna edilmir ki, nə vaxtsa fövqəladə vəziyyət də elan oluna bilər” - deyib.
Vüsalə Camal