Azərbaycanda erkən nikaha görə cəza tədbirləri çoxala bilər
2020-01-30 14:05
Azərbaycanda qadını nikaha daxil olmağa məcburetmə ilə bağlı cəzalandırma sisteminin gücləndirilməsinə ehtiyac var. Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri, Elgün Səfərov deyib. Cinayət Məcəlləsinin 176.1-ci maddəsinə görə, qadını nikaha daxil olmağa məcbur etməyə görə şəxs iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır
Ruhəngiz Hacızadə