Azərbaycanda elektron ticarətdə əsas dələduzluq riskləri açıqlanıb
Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəisi Emil Mehdiyev bu gün Bakıda Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günü münasibətilə keçirilən forumda bildirib ki, Azərbaycanda elektron ticarətdə əsas dələduzluq riskləri saxta saytlar, fişinq və süni intellekt texnologiyaları ilə bağlıdır.Saxta elektron ticarət saytları, investisiya platformaları və müxtəlif maliyyə fırıldaqları vasitəsilə vətəndaşların vəsaitləri ələ keçirilir.Süni intellektin inkişafı ilə fişinq mesajlarının hazırlanması və hətta insanların səsinin klonlaşdırılması kimi yeni dələduzluq üsulları da müşahidə olunur.
12 mart 2026

