Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda diqqət mərkəzinddə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov deyib ki, Azərbaycan dini və mədəni müxtəlifliyə malik ölkə kimi özünü etibarlı tərəfdaş kimi təsdiqləyib. O, işğaldan azad edilmiş ərazilərdə dini və tarixi abidələrin bərpasının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayıb. Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə isə Azərbaycanın nailiyyətlərinin və müstəqil siyasətinin bir çoxlarını narahat etdiyini bildirib. O, ölkənin xaricdən yönələn təxribatlara və ideoloji təhdidlərə qarşı mübarizə aparmağa hazır olduğunu qeyd edib, dindarların dövlətin və dövlət başçısının yanında olduğunu vurğulayıb.
28 oktyabr 2026

