Azərbaycanda daha 2237 nəfər COVID-19-a yoluxub
2021-03-31 16:08
Azərbaycanda koronavirusa 2237 yeni yoluxma faktı qeydə alınıb, 787 nəfər müalicə olunaraq sağalıb. 29 nəfər vəfat edib. Son sutka ərzində 14885 test aparılıb. Ölkədə aktiv xəstə sayı 20 min 21 nəfərdir. Ötən gün Azərbaycanda yeni koronavirus infeksiyasına qarşı 26 573 nəfər vaksinasiya olunub. Hazırkı dövrədək ümumilikdə 547 541 nəfər peyvəndlənmə prosesində iştirak edib. Vaksinasiya davam etdirilir.
Fərid Mehdiyev