Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur
2020-11-09 10:07
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. 2009-cu ildə Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, hər il noyabrın 9-u Dövlət Bayrağı Günü olaraq qeyd olunur. Şanlı bayrağımız Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. 9 noyabr ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilib. Bu Bayraq Gününü fərqli hisslərlə qeyd edirik. Böyük qürur hissi keçiririk ki, Şanlı Azərbaycan bayrağı işğaldan azad edilən torpaqlarımızda, Şuşamızda dalğalanır. Diləyimiz isə işğal altında olan digər torpaqlarımızın da çox tezliklə azad edilməsi, şanlı bayrağımızın yolumuzu gözləyən həmin torpaqlarımız da yüksəlməsidir. Bayramımız mübarək!
Fərid Mehdiyev