Canlı
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

2018-11-09 / 08:37

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. 28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutu və sovet hakimiyyətinin qurulmasından sonra üçrəngli bayraqdan imtina edildi. Bu bayraq növbəti dəfə 17 noyabr 1990-cı ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı əsasında Muxtar Respublikanın Dövlət bayrağı kimi qəbul edildi. 1991-ci il fevralın 5-də Azərbaycanın Dövlət bayrağı kimi qəbul edilib. 2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyevin sərəncama əsasən, hər il noyabrın 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü qeyd olunur.

Vəfa Şairova