Azərbaycanda bu gündən balıq ovu qadağan edilib
Bu gündən Azərbaycanda bütün su hövzələrində sənaye məqsədilə balıq ovuna qadağa tətbiq edilib. Kənd Təsərrüfatı Nazirliyi bildirir ki, qadağa balıqların kürüləmə dövrü ilə əlaqədar sentyabrın 1-dək qüvvədə olacaq. Qaydaları pozan şəxslər inzibati və cinayət məsuliyyəti daşıyacaq.Nəzarət tədbirləri aidiyyəti qurumlar tərəfindən davam etdirilir.
01 may 2026

