Canlı
Azərbaycanda benzin istehsalı bərpa olunacaq

2018-07-12 / 13:26

Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda katalitik-krekinq qurğusunun təmiri bu gün ərzində başa çatacaq və bundan sonra avtomobil benzininin istehsalı bərpa olunacaq. Qurğu təmir olunduğu müddətdə ölkənin avtomobil benzininə tələbatı daxili ehtiyatlar hesabına təmin olunub. Əhalənin təminatı zavoddakı təxminən 80 min ton həcmində qalıq ehtiyat hesabına təmin edilib.

Fərid Mehdiyev