Azərbaycanda baş verən zəlzələ Ermənistanda da hiss olunub
Bu gün yerli vaxtla saat 08:15-də Xəzər dənizində 70-km dərinlikdə zəlzələ qeydə alınıb. Zəlzələ Altıağac, Siyəzən, Quba, Qusar, Xaçmaz, Şabran, Qobustan, Abşeron yarımadasında bəzi yerlərdə 5, bəzi yerlərdə 3 bala qədər hiss olunub. Zəif afterşoklar qeydə alınır. Xəzər dənizinin Azərbaycan sektorunda baş verən 5,6 maqnitudalı zəlzələ Ermənistanda da hiss olunub.
Fərid Mehdiyev