Canlı
Azərbaycanda bədii gimnastikanın coğrafiyası genişlənir

2018-10-10 / 16:34

Azərbaycanda populyar idman növlərindən birinə çevrilən bədii gimnastikanın coğrafiyası genişlənir. Əvvəllər bu idman növü ilə yalnız Bakıda məşğul olurdularsa, indi regionlarda da müvafiq klublar və bölmələr fəaliyyət göstərir. Bu mənada qərb bölgəsində Gəncədən sonra Şəmkirdə bədii gimnastika üzrə məşq qrupu fəaliyyətə başlayıb. Yeni yaradılan qrupda müxtəlif yaş qruplarından olan uşaq və yeniyetmələr bu növün sirlərini öyrənməyə çalışır.

Vüsalə Camal