Azərbaycanda 8 ayda doğumu qeydə alınan körpələrə ən çox qoyulan adlar açıqlanıb
2020-10-05 18:08
Azərbaycanda 8 ayda doğumu qeydə alınan körpələrə ən çox qoyulan adlar açıqlanıb. Ədliyyə Nazirliyinin məlumatına görə, oğlanlara ən çox Yusif, Əli, Uğur, Hüseyn və Məhəmməd adı verilib. Qız uşaqlarına isə Zəhra, Zeynəb, Məryəm, Mələk və Aylin kimi adların verilməsi üstünlük təşkil edib.
Vüsalə Camal