Canlı
Azərbaycanda 35 minə yaxın şəxsin pensiyası artırılıb

2018-08-07 / 16:01

Yaşa görə pensiya təyin olunduqdan sonra azı altı il işləmiş və hazırda da işləyən şəxslərin pensiyasına yenidən baxılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, 1 iyul 2017-ci il tarixdən qanuna edilmiş dəyişikliklərə əsasən, yaşa görə pensiya təyin olunmuş şəxs işləməkdə davam edərsə, hər altı ildən bir onun əmək pensiyasının məbləği yenidən hesablanır. Yenidən hesablanma nəticəsində 35 minə yaxın şəxsin pensiyalarının məbləği orta hesabla 137,5 manat artıb.

Ruhəngiz Hacızadə