Azərbaycanda 24 500 manat əmək haqqı alan həkim var
"Hazırda Azərbaycanda aylıq maksimum 24 500 manat əməkhaqqı alan həkim-ümumi cərrah, 12 700 manat alan oftalmoloq, 8 900 manat alan mama-ginekoloq, 6 750 manat alan radioloq var". İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib ki, 2019-cu illə müqayisədə dövlət tibb müəssisələrində işləyən həkim-mütəxəssislərin minimum əməkhaqlarında 3,2 dəfə, gəlirlərində isə 5 dəfədən 50 dəfəyədək artım olub.
Fərid Mehdiyev