Azərbaycanda 22 heyvan bazarı yenidən qurulub
Ölkə üzrə heyvan bazarlarında yenidənqurma işlərinin əsas hissəsi yekunlaşıb. AQTA-nın məlumatına görə, son bir ildə 22 heyvan bazarı müasir baytarlıq-sanitariya tələblərinə uyğun yenidən qurularaq istifadəyə verilib.Yenilənmiş bazarlarda heyvanların baytar nəzarətində qəbulu, identifikasiyası və hərəkətinin izlənilməsi üçün müvafiq infrastruktur yaradılıb. Bu tədbirlərin heyvan xəstəliklərinin vaxtında aşkarlanmasına və yayılma riskinin azaldılmasına xidmət etdiyi bildirilib.
30 sentyabr 2026

