Azərbaycanda 186 nəfər koronavirus şübhəsi ilə həkim müşahidəsinə alınıb
2020-02-27 16:00
Ölkə üzrə 186 nəfər koronavirus şübhəsi ilə həkim müşahidəsinə alınıb. Səhiyyə Nazirliyindən qeyd olunub ki, onlardan 7-si Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsində, xüsusi ayrılmış tibb müəssisəsində 2, Astara Rayon Mərkəzi Xəstəxanasında 86 və Cəlilabad Mərkəzi Rayon Xəstəxanasında 91 nəfər həkim müşahidəsinə alınıb.
Vüsalə Camal