Azərbaycanda 1,2 milyon dollarlıq narkotik vasitə dövriyyədən çıxarıldı

2020-03-18 12:06

Polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilən əməliyyat nəticəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Arzuman Qocayev Bərdə-Ağcabədi yolunda hərəkətdə olan zaman idarə etdiyi “BMW” markalı avtomobillə birgə saxlanılıb. Nəqliyyat vasitəsinin yük yerinə baxış zamanı ümumi çəkisi 43 kiloqramdan çox heroin, 500 qram tiryək, 1 kiloqram 600 qram marixuana və 2 kiloqramdan çox psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb. Həmin narkotik vasitə və psixotrop maddələrin “qara bazar”da qiyməti 1 milyon 200 min ABŞ dollarıdır.

Vəfa Şairova

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik