Azərbaycanda üç rayonun icra başçısı təyin edilib
Prezident İlham Əliyev Azərbaycanda üç rayon və şəhərin icra başçısının təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.Natiq Oruc oğlu Əliyev Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin, Məmmədiyə Süleyman oğlu Məmmədov Naftalan Şəhər İcra Hakimiyyətinin, Hacıbaba Adil oğlu Babayev isə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
29 sentyabr 2026

