Azərbaycana qarşı fəaliyyət göstərən 35 erməni tvitter hesabı ləğv edilib
2021-02-24 12:00
"Twitter" sosial şəbəkəsinin platforma manipulyasiya siyasətini pozduğu üçün Rusiya, Ermənistan və İranla əlaqəli olan 373 hesab ləğv edilib. Təkcə İrandan olan 238 hesab ləğv olunub. Rusiyadan olan 100 hesab isə NATO və Avropa İttifaqına qarşı fəaliyyətinə görə bağlanıb. Bundan əlavə, Azərbaycan əleyhinə fəaliyyət göstərən 35 erməni hesabını da ləğv etdiyini açıqlayıb.
Fərid Mehdiyev