Azərbaycana koronavirusla mübarizə üçün tibbi ləvazimatlar verilib
2020-12-25 10:05
Ümumdünya Səhiyyə Təşkilatı və Avropa İttifaqı COVID-19-lu ağır xəstələrin müalicəsində istifadə olunması üçün tibbi ləvazimatlar və qoruyucu vasitələri Səhiyyə Nazirliyinə təhvil verib. Nazirlikdən bildirilib ki, ləvazimatlar “Sağlamlıq üçün həmrəylik təşəbbüsü” layihəsi çərçivəsində ölkəyə gətirilib.
Nərgiz Camal