Azərbaycana guya Suriyadan döyüşçülərin gətirilməsi barədə xəbər dezinformasiyadır. Müdafiə Nazirliyi
2020-09-02 14:00
"Guya Naxçıvanda döyüş təyyarələri ilə gücləndirilmiş Türkiyənin hərbi bazasının olması, Azərbaycana 500 nəfərə yaxın türkmən əsilli Suriyalı döyüşçünün gətirilməsi barədə həqiqətə uyğun olmayan uydurmaları qəti surətdə rədd edirik. Xəbər açıq-aydın dezinformasiyadır. Azərbaycan Müdafiə Nazirliyi “Rusiyanın “Nezavisimaya qazeta” nəşrinin “Azərbaycandakı Suriyalı döyüşçülər Ermənistana qarşı blitskriqə hazırlaşır” adlı dərc etdiyi məqaləsinə münasibət bildirib. "Müdafiə Nazirliyi olaraq rəsmi surətdə bildiririk ki, Azərbaycan ərazisində nə hər hansı xarici ölkənin hərbi bazası, nə də heç bir digər qeyri-qanuni silahlı birləşmə yoxdur". Sitatın sonu.
Nərgiz Camal