Azərbaycana gətiriləcək vaksin və onun şprisləri 2 il müddətində əlavə dəyər vergisindən azad olunacaq
2020-12-28 16:07
Koronavirus pandemiyası ilə əlaqədar Azərbaycana gətiriləcək vaksin və onun şprisləri 2 il müddətində əlavə dəyər vergisindən azad olunacaq. Bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Vergi Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb. Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
Vəfa Şairova