Azərbaycana bu ay 79 Çin vətəndaşı gəlib
2020-01-29 18:07
“Bu il yanvarın 1-dən Azərbaycana gələn, ölkədə 15 gündən artıq qanuni əsaslarla olan və yaşayan Çin vətəndaşlarının sayı 79 nəfərdir”. Dövlət Miqrasiya Xidmətindən bildirilib ki, həmin şəxslər olduğu yer üzrə qeydiyyata alınan, müvəqqəti olma müddəti uzadılan, o cümlədən müvəqqəti və ya daimi yaşama icazəsi alan əcnəbilərdir. Ölkəyə gələn əcnəbilər əsasən Avropa və MDB dövlətlərinin vətəndaşlarıdır.
Vüsalə Camal