2020-11-06 13:00
Ermənistan tərəfindən zorla döyüşlərə göndərilən və Azərbaycana əsir düşən Ermənistanın Gümrü şəhəri Adventist kilsəsinin pastoru Hovsep Saakyan Ararat oğlu Bakıdakı Yeddinci Günün Adventistlərinin ibadət evində dua edib. Daha sonra keçirilən tədbirdə Saakyan erməni xalqını qan tökməyi dayandırmağa və sülhə gəlməyə çağırıb, Azərbaycan tərəfindən heç bir dini obyektlərin, kilsələrin dağıdılması hallarına rast gəlmədiyindən danışıb, Ermənistanın katalikosu İkinci Qaraginin müharibə çağırışı ilə razı olmadığını bildirib. Bakıda saxlanma şəraitindən söz açan əsir “Məni bura gətirəndə hospitala göndərdilər. Paltar və yemək verdilər. İndi mənim yeməyə yeməyim var. Hər şey var və buna görə minnətdaram”, - deyə bildirib.
Vəfa Şairova