"Azərbaycan zəfərlə nəticələnən hərəkatla işğala son qoydu". Hulusi Akar
2020-12-10 12:05
“Ermənistanın törətdiyi vəhşiliklər, o cümlədən Xocalı qətliamı hələ də yaddaşlarda yerini qoruyur”. Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Türkiyə parlamentində çıxışı zamanı deyib. O bildirib ki, Azərbaycan Ermənistan tərəfindən həyata keçirilən hücumların qarşısını almaq üçün 44 gün davam edən və zəfərlə nəticələnən hərəkatla işğala son qoydu. Hulusi Akar Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Birgə Rusiya-Türkiyə Mərkəzi ilə bağlı da danışıb.
Fərid Mehdiyev