Canlı
Azərbaycan yeni ticarət marşrutlarının inkişafı üçün investisiyaların cəlb olunması üzərində işləyir

2018-03-13 / 14:05

Azərbaycan yeni ticarət marşrutlarının inkişafı üçün investisiyaların cəlb olunması üzərində işləyir. Bakıda ATƏT Parlament Assambleyasının İpək Yoluna Dəstək Qrupunun konfransında xarici işlər naziri Elmar Məmmədyarov deyib ki, Azərbaycan “Deutsche Bank” və bu marşrutlara maraq göstərən ölkələrdən potensial investorlarla danışıqlar aparır. Onun sözlərinə görə, beynəlxalq nəqliyyat marşrutlarının inkişafı ATƏT regionunun iqtisadi inkişafına böyük töhfə verir.

Ruhəngiz Hacızadə