Canlı
Azərbaycan yığmasının sabiq üzvü Ozan Can Kökcü “Valveyk”ə icarəyə verilib

2017-12-29 / 16:06

Futbol üzrə 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının sabiq üzvü Ozan Can Kökcü Türkiyənin “Bursaspor” klubundan ayrılıb. Bu barədə komandanın rəsmi saytı məlumat yayıb. Məlumatda Ozanın Hollandiyanın ikinci liqa təmsilçisi “Valveyk”ə icarəyə verildiyi bildirilib. O, mövsümün sonunadək Hollandiyada çıxış edəcək.

Vüsalə Camal