Canlı
Azərbaycan yığması Farer adaları ilə keçirəcəkləri oyundan əvvəl məşqə çıxıb

2018-10-10 / 18:05

Futbol üzrə Azərbaycan yığması Farer adaları ilə keçirəcəkləri UEFA Millətlər Liqasının III tur oyunundan əvvəl məşqə çıxıb. Hazırlıq prosesi oyunun reallaşacağı "Torsvollur" stadionunda baş tutub. Məşqdə yığmaya dəvət alan futbolçuların hamısı iştirak edib. Hazırlıq prosesi yağışlı havada keçirilib. Oktyabrın 11-də keçiriləcək Farer adaları - Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.

Fərid Mehdiyev