2021-04-13 12:00
Müharibədən sonra vəziyyət dəyişib. Atəşkəs əldə olunmasına baxmayaraq, münaqişə ilə bağlı çoxlu suallar qalmaqdadır. Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransda deyib ki, münaqişədən sonrakı mərhələ barədə danışmazdan əvvəl başa düşməliyik ki, ailə üzvlərini itirən insanların və həmin ərazilərdə fundamental yaşamaq hüququ olan insanların bu hüquqdan məhrum edilməsini yaddaşlardan silə bilmərik. Dövlət başçısı bildirib ki, Azərbaycan XXI əsrin müharibəsini aparmaqla yanaşı, həm də mənəviyyat müharibəsi aparırdı: “Müharibə başlayarkən mənim hərbi qulluqçulara dərhal verdiyim əmrlərdən biri ləyaqətlə, mötədil davranmaq, mülki vətəndaşlara zərər yetirməmək idi. Ermənistan tərəfində mülki əhali arasında 40 nəfərdən az tələfatın olması da bunu aydın göstərir" Prezident İlham Əliyəv vurğulayıb.
Vüsalə Camal