Azərbaycan XİN Qazaxıstana başsağlığı verib
2021-01-10 10:01
Azərbaycanın Xarici İşlər Nazirliyi Qazaxıstana başsağlığı verib. “10 Yanvar - Qazaxıstanda Ümummilli Matəm Günü ilə əlaqədar, faciəvi hadisələrdə ölkənin bir sıra bölgələrində həyatlarını itirən insanların ailələrinə və yaxınlarına, qardaş qazax xalqına başsağlığı bildiririk. Qazaxıstana sülh, əmin-amanlıq və rifah arzulayırıq”, - deyə Nazirliyin “Twitter”dəki paylaşımında bildirilib.
Fərid Mehdiyev