Azərbaycan XİN Nikol Paşinyana cavab verib
Ermənistan tərəfinin guya Azərbaycanın üçtərəfli bəyanatı pozduğu iddiasının heç bir əsası yoxdur. Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Nikol Paşinyana məhz Ermənistanın öhdəliklərinə zidd olaraq silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxarmaq istəmədiyini, kommunikasiya xətlərinin açılması öhdəliyini yerinə yetirmədiyini xatırladıb. "Bölgədə sülh və sabitliyin təminatının yolu ərazi bütövlüyünün və suverenliyin təsdiq olunması və Azərbaycanla birbaşa konstruktiv danışıqlardan keçir", - deyə nazirlik sözçüsü qeyd edib.
Fərid Mehdiyev