Canlı
Azərbaycan XİN Nikol Paşinyanın çıxışına münasibət bildirib

2018-09-13 / 12:05

“Ermənistan baş naziri Nikol Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin danışıqlar masasına gətirilməsi barədə iddialarının yeganə məqsədi danışıqlar prosesini pozmaqdan ibarətdir”. Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev Paşinyanın parlamentdəki çıxışına münasibət bildirərkən belə deyib. “Ziddiyyətli açıqlamalarla çıxış etmək əvəzinə Ermənistanın baş nazirinə həmin sənədləri oxumağı, xüsusilə münaqişənin həlli ilə əlaqədar savadını artırmağı tövsiyə edirik”, - deyə Hacıyev vurğulayıb.

Vəfa Şairova