Azərbaycan XİN Ermənistanda Türkiyə bayrağının yandırılmasını pisləyib
Xarici İşlər Nazirliyi Ermənistanda Türkiyə bayrağının yandırılması ilə bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, 23 apreldə İrəvanda keçirilən “məşəl yürüşü” zamanı Türkiyə bayrağının yandırılması qətiyyətlə pislənir. Bu cür hərəkətlər etnik nifrətin təzahürüdür və Ermənistan hökuməti hadisənin qarşısını vaxtında almalı idi. Belə aktların sərbəst toplaşma və fikir azadlığı ilə əsaslandırılması qəbuledilməzdir.XİN Ermənistanda revanşist və nifrət yönümlü meyillərin mövcudluğuna diqqət çəkərək, bu kimi halların beynəlxalq səviyyədə pislənməsinin vacibliyini bildirib.Sonda Ermənistan hökumətinə çağırış edilib ki, hadisəni törədən şəxslər məsuliyyətə cəlb olunsun.
24 aprel 2026

