Azərbaycan XİN ABŞ ilə İran arasında elan olunmuş atəşkəsi alqışlayır

Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ və İran arasında elan olunmuş atəşkəsi alqışlayıb.Nazirliyin yaydığı bəyanatda atəşkəsin əldə olunmasında vasitəçilik edən tərəflərin səyləri yüksək qiymətləndirilib.Qeyd olunub ki, bu addım regionda gərginliyin azalmasına, eləcə də davamlı sülh və sabitliyin bərqərar olmasına töhfə verə bilər.XİN tərəfləri mövcud problemlərin həlli və qarşılıqlı etimadın gücləndirilməsi istiqamətində dialoqa çağırıb.Bəyanatda vurğulanıb ki, Azərbaycan regionda sülh, təhlükəsizlik və əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləməyə hazırdır. Almaniya Kansleri Fridrix Merts, Ukraynanın xarici işlər naziri Andrey Sibiqa və Norveçin xarici işlər naziri Espen Bart Eyde də ABŞ ilə İran arasında əldə edilmiş atəşkəs razılaşmasını alqışlayıblar.

08 aprel 2026

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik