Azərbaycan xilasedicilərinin bir qrupu Türkiyədən Vətənə qayıdır
Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarında iştirak edən Fövqəladə Hallar Nazirliyinin 760 nəfərlik heyətindən 238 nəfəri Vətənə qayıdır. Zəlzələnin ilk günündən etibarən azərbaycanlı xilasedicilər üç növbəli şəkildə işlərini davam etdiriblər. 17-si uşaq olmaqla 53 nəfəri dağıntılar altından sağ çıxarıb, 174-ü uşaq olmaqla 755 meyiti adiyyatı üzrə təhvil veriblər. Bundan başqa, Kahramanmaraşda iki səhra xəstəxanasında 2 mindən çox insan müalicə olunub.
Vüsalə Cənnətova