Canlı
Azərbaycan xarici bazara yeni məhsul ixrac etməyə başlayıb

2018-08-10 / 16:02

“Sumqayıt Texnologiyalar Parkı” bir ilkə imza atıb. Azərbaycanda ilk dəfə olaraq xarici bazara yanğına davamlı “halogen-free” kabel məhsullarının ixracını həyata keçirib. Müəssisə Qazaxıstanın ərazisinə və əhalisinə görə ən böyük şəhərlərindən biri olan Qızıl Ordada yeni “Kyzylorda Plaza” layihəsinin icrası üçün böyük həcimdə kabel məhsulları ixrac edib. Ümumi sahəsi 30 min kvadrat metr ərazidə inşa edilən obyekt Qazaxıstanın ən iri alış-veriş mərkəzlərindən biri olacaq.

Ruhəngiz Hacızadə