Azərbaycan xalqı Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsini anır. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalını yerlə-yeksan edib. Kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirilib, 1275 dinc sakin əsir götürülüb, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Dövlət və hökumət rəsmiləri Xocalı soyqırımı abidəsini ziyarət ediblər. Saat 17-də soyqrım qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad ediləcək.
Fərid Mehdiyev