Azərbaycan WUF13-də Qarabağla Şərqi Zəngəzurda yenidənqurma ilə bağlı təcrübəsini bölüşüb
Bakıda keçirilən WUF13-ün bağlanışında çıxış edən Milli Koordinator Anar Quliyev bildirib ki, Azərbaycan forum boyunca dayanıqlı şəhərsalma təcrübəsini, milli şəhər forumlarının təşkilini, eləcə də Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı yenidənqurma və dirçəliş işlərini beynəlxalq iştirakçılarla bölüşüb.İşğaldan azad edilmiş ərazilər urbisid, ekosid və kultursidə məruz qalıb və burada aparılan bərpa prosesi miqyasına görə misilsizdir. “Böyük Qayıdış” proqramı çərçivəsində həmin bölgələrdə planlı və mərhələli şəkildə yenidənqurma həyata keçirilir, artıq 110-dan çox şəhər, qəsəbə və kənd üzrə planlar təsdiqlənib.
22 may 2026

