Azərbaycan voleybolçuları növbəti sınağına çıxır
Bu gün 18 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Şərqi Avropa Zonal Assosiasiyası çempionatında növbəti oyununu keçirəcək. Ukrayna ilə üz-üzə gələcək yığma ötən gün meydan sahibi Latviyaya 0:3 hesabı ilə uduzub. Milli noyabrın 26-dək davam edəcək çempionatda Gürcüstan, Litva, Estoniya və Polşaya qarşı da mübarizə aparacaq.
Fərid Mehdiyev