ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Braynın səsləndirdiyi birtərəfli və qərəzli fikirlər qəbuledilməzdir. Xarici İşlər Nazirliyindən bildirilib ki, region ölkəsi olmayan ABŞ öz addımları və bəyanatları ilə bölgə ölkələrinin nəqliyyat təhlükəsizliyi səylərinə zərbə vurur. "Bu il 20 noyabrda Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində keçirilməsi təklif olunan görüşü mümkün hesab etmədiyimizi vurğulayırıq. Azərbaycan öz milli maraqlarına zidd olan bütün mənfi addımları qətiyyətlə və adekvat şəkildə cavablandıracaq.", - deyə Nazirlikdən açıqlanıb. Nazirlik qonşu dövlətlərlə kommunikasiya xətlərinin çəkilməsi qaydasının razılaşdırılması, o cümlədən İranla Naxçıvana marşrutla bağlı müqavilənin Azərbaycanın suveren hüququ olduğunu bildirib. Bunun fonunda, Azərbaycan regionun təhlükəsizliyi üçün “3+2” formatının prioritet olduğunu bir daha təsdiqləyir.
Lalə Nəsib